Kallas: "Hindistan-Rusiya yaxınlığı Aİ ilə əlaqələrə maneədir"

Kallas: "Hindistan-Rusiya yaxınlığı Aİ ilə əlaqələrə maneədir"
17.09.2025 17:25 Dünya

Avropa İttifaqının yüksək rütbəli diplomatı Kaya Kallas bildirib ki, Hindistanın Rusiya hərbi təlimlərində iştirakı və Rusiya neftinin alınması Aİ ilə daha sıx əməkdaşlığa maneələr yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb. 

Kallas vurğulayıb ki, Aİ və Hindistan arasındakı tərəfdaşlıq yalnız ticarətlə bağlı deyil, həm də qaydalara əsaslanan beynəlxalq nizamın müdafiəsi üzərində qurulub.

"Dörd hərbi təlimdə iştirak, neft alqı-satqısı əlaqələrimizin dərinləşməsinə, əməkdaşlığımıza əngəllər törədir", - deyə o əlavə edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər