Kallas ABŞ-yə Ukrayna ilə bağlı müraciət etdi
Avropa İttifaqı (Aİ) ABŞ-nin Ukraynaya daha çox silah göndərmək planını müsbət qarşılayır.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib.
Onun sözlərinə görə, onlar bu addımı alqışlayırlar, amma ABŞ-nin Ukraynaya maliyyə yardımı da göstərməsini istəyirlər.
O deyib ki, Avropa artıq Ukraynaya çox kömək edib və ABŞ-nin də bu yükü bölüşməsi vacibdir. Kallas amerikalıları Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.
Türkan İsgəndərli