Kaliforniyada 5 bal gücündə zəlzələ baş verdi
ABŞ-nin Kaliforniya ştatının şimalında 5 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 121 min əhalisi olan Çiko şəhərindən 135 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Türkan İsgəndərli