İtaliya “Sülh Şurası”na qoşula bilməyəcəyini açıqladı
“İtaliya Konstitusiyası Trampın “Sülh Şurası”na qoşulmağa imkan vermir”.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani “ANSA” xəbər agentliyinə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, sözügedən qurumun nizamnaməsi ilə İtaliya Konstitusiyası arasında hüquqi baxımdan aradan qaldırılması mümkün olmayan ziddiyyətlər mövcuddur. Nazir vurğulayıb ki, Konstitusiyaya əsasən, digər üzvlərdən üstün mövqedə dayanan tək bir liderə real səlahiyyət verilməsi mümkün deyil və bu səbəbdən İtaliya həmin qurumda təmsil oluna bilməz.
Bununla belə, Tayaninin qeyd etdiyinə görə, Roma hər zaman sülh təşəbbüslərinin müzakirəsinə açıq qalacaq.
Aysel Mətləb