İsrailin xarici işlər naziri: “İranla bağlı BMT sanksiyaları dərhal bərpa olunmalıdır”

İsrailin xarici işlər naziri: “İranla bağlı BMT sanksiyaları dərhal bərpa olunmalıdır”
02.07.2025 14:50 Dünya

İsrailin xarici işlər naziri Gideon Saar Avropa dövlətlərini İrana qarşı sərt mövqe tutmağa çağırıb.

TodayPress TV xəbər verir ki, o, “X” sosial şəbəkəsində paylaşım edərək, Tehran rejiminin AEBA ilə əməkdaşlığı dayandırmasına görə sanksiyaların tam bərpasını tələb edib.

Saar xüsusilə Almaniya, Fransa və Birləşmiş Krallığı hədəf göstərərək, bu ölkələri “snapback” – yəni BMT-nin İrana qarşı əvvəlki bütün sanksiyalarının avtomatik şəkildə bərpa olunması mexanizmini işə salmağa səsləyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər