İsrailin İrana qarşı əməliyyatı “Yehuda qalxanı” adlanır
İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat “Yehuda qalxanı” adlandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya və radio şirkəti "Kan" məlumat yayıb.
Telekanalın saytında dərc olunan məlumata görə, əməliyyatın adı “Yehuda qalxanı”dır. Bildirilir ki, bu ad Avropadan Fələstinə aşkenaz yəhudilərinin ilk kütləvi köçünü təşkil edən yəhudi təbliğatçısı Yehuda Hasidə istinad ola bilər.
Qeyd edək ki, fevralın 28-də İsrail Müdafiə Nazirliyi İrana qarşı “qabaqlayıcı” zərbə endirildiyini açıqlayıb. Bundan sonra ölkədə fövqəladə vəziyyət elan edilib.
Qiymət Mahir