İsrailə dron hücumu: 20 nəfər yaralandı

İsrailə dron hücumu: 20 nəfər yaralandı
24.09.2025 20:55 Dünya

Yəməndən atılan pilotsuz uçuş aparatının (PUA) İsrailin cənubundakı Eylat şəhərində düşməsi nəticəsində azı 20 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin Təcili yardım xidməti məlumat yayıb.

Məlumata görə, iki nəfər ağır, bir nəfər orta ağır, daha 17 nəfər isə yüngül xəsarətlər alıb. Bütün yaralılar xəstəxanaya çatdırılıblar.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər