İsrail XİN: "Livanla dinc münasibətlərin tərəfdarıyıq"
“İsrail Livanla dinc münasibətlər qurmaqda maraqlıdır və “Hizbullah”ın fəaliyyətini əsas maneə hesab edir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri İsrailin xarici işlər naziri Gideon Saar Fransa xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığında bildirib.
"İsrail Livanın regionda normallaşma və sülh dairəsinə qoşulmasında maraqlıdır, lakin “Hizbullah” buna maneədir. Livan hökuməti “Hizbullah”a qarşı bütün cəbhələrdə təsirli tədbirlər görməlidir: silahlar, maliyyə mənbələri və maliyyə infrastrukturu, rəhbərliyinə qarşı hüquqi tədbirlər, sosial və təhsil infrastrukturu, iqtisadi üstünlükləri və daha çox şey", - deyə Saar qeyd edib.
Aysel Mətləb