İsrail Tehrana zərbələr endirdi
İsrail ordusu Tehranın mərkəzinə hava zərbələri endirib.
TodayPress TV xəbər verir ki, bu barədə ordu məlumat yayıb.
Hücumda 60-dan çox hərbçi iştirak edib və 120-yə yaxın sursat istifadə olunub.
Zərbələr əsasən raket istehsalı zavodlarına və İranın nüvə silahı layihəsi ilə bağlı olan "SPND" qərargahına yönəlib. İsrail ordusu bildirib ki, bu hücumlar İranın hərbi və nüvə infrastrukturlarını zəiflətmək məqsədi daşıyır
Türkan İsgəndərli