İsrail “Sülh Şurası”na qoşuldu

İsrail “Sülh Şurası”na qoşuldu
11.02.2026 21:25 Dünya

İsrailin Baş naziri Binyamin Netanyahu müharibədən sonrakı Qəzza zolağını idarə etmək üçün yaradılan "Sülh Şurası"na rəsmi olaraq qoşulub. 

TodayPress TV xəbər verir ki, bu barədə İsrail hökumətinin rəhbərinin ofisi məlumat yayıb. 

Bildirilib ki, Netanyahu “Sülh Şurası”na qoşulmaq üçün sənədi Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubionun iştirakı ilə imzalayıb.  

Qeyd edək ki, imzalanma mərasimi baş nazirin ABŞ Prezidenti Donald Trampla görüşündən əvvəl baş tutub. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər