İsrail Qətər nümayəndə heyətini geri çağırdı
İsrail, Qəzza zolağında münaqişənin həlli üçün dolayı danışıqlarda vasitəçilik edən Qətərdəki nümayəndə heyətini geri çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Verilən məlumata görə, bu qərar danışıqların uğursuz nəticələnməsi səbəbilə verilib və bütün nümayəndə heyətinə, o cümlədən texniki mütəxəssislərə də şamil olunub.
İsrailin Baş nazirinin müşaviri Dmitri Gendelman bildirib ki, ölkə 2025-ci ilin aprelində dalana dirənmiş münaqişənin həlli üçün danışıqları bərpa etməyi planlaşdırır. Eyni zamanda İsrail ordusu Qəzzada hərbi əməliyyatlarını davam etdirməyə hazırlaşır.
Türkan İsgəndərli