İsrail ordusuna İran rəsmi şəxslərini hədəf almaq səlahiyyəti verildi

İsrail ordusuna İran rəsmi şəxslərini hədəf almaq səlahiyyəti verildi
18.03.2026 07:00 Dünya

İsrail ordusu rəhbərlərinin əvvəlcədən razılığı olmadan İranda yüksək vəzifəli məmurlara qarşı məqsədyönlü sui-qəsdlər həyata keçirə biləcək.  

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin "12-ci telekanalı" məlumat yayıb. 

Bildirilib ki, orduya bu icazəni İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz veriblər. 

Məlumata görə, İsrailin siyasi rəhbərliyindən təsdiq gözləmədən, yerləri barədə etibarlı kəşfiyyat məlumatı aldıqları təqdirdə istənilən İran rəsmisini dərhal aradan qaldırmağa başlamaq azadlığı verilib.  

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər