İsrail müdafiə naziri: "Xamenei mövcudluğunu davam etdirə bilməz”
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei mövcudluğunu davam etdirə bilməz.
TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
“İran kimi bir ölkəyə rəhbərlik edən və İsraili məhv etməyi özünə missiya edən Xamenei kimi diktator mövcud olmağa davam edə bilməz”, - Katz deyib.
Onun sözlərinə görə, İsrail Ordusu bütün zəruri göstərişlərə malikdir.
Töhfə Səməd