İsrail Livanda “Hizbullah”ın raket obyektlərinə zərbələr endirdi
İsrail ordusu Livanın cənubunda yerləşən “Hizbullah”a məxsus hərbi obyektləri hədəfə alıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumlar təşkilata aid raket infrastrukturuna o cümlədən raket buraxılış qurğularına, sursat anbarlarına və digər silah sistemlərinə yönəlib.