İsrail İranın uran filizi konsentratının istehsalı zavoduna hücum etdi

Dünya

27.03.2026 23:00

İsrail İranın Yəzd vilayətində yerləşən uran filizi konsentratı istehsalı zavoduna zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.

"Yəzd əyalətinin Ərdəkan bölgəsindəki "sarı kek" istehsalı zavodu ABŞ-İsrail qüvvələrinin hədəfi olub", - deyə bəyanatda bildirilib.

İlkin məlumatlara görə, zərbə nəticəsində radioaktiv maddə sızıntısı qeydə alınmayıb.

TodayPress TV

tag: İran,İsrail,Yəzd,Uran,TodayPress TV,