İsrail ABŞ-nin “şotuna” mövcuddur - Tramp elə danışdı ki…

İsrail ABŞ-nin “şotuna” mövcuddur - Tramp elə danışdı ki…
27.07.2026 22:01 Dünya

ABŞ Prezidenti Donald Tramp İsrailin ABŞ-nin dəstəyi olmadan mövcudluğunu davam etdirə bilməyəcəyini iddia edib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

O bildirib ki, Vaşinqtonun İranın nüvə obyektlərinə qarşı keçirdiyi əməliyyat olmasaydı, İsrail bir neçə ay əvvəl məhv edilə bilərdi.

“Düzünü desəm, biz bir çox ölkəyə çox yaxşı münasibət göstəririk, onlar isə bizsiz mövcud ola bilməzdilər. Bilirsiniz, kim bizsiz mövcud ola bilməz? İsrail. Bibi (Benyamin Netanyahu) tezliklə gələcək və bunu özü sizə deyəcək”, - deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, İranın nüvə proqramına qarşı addımlar atılmasaydı, İsrailin təhlükə ilə üzləşəcəyini iddia edir. O, həmçinin Barak Obamanın dövründə imzalanmış nüvə sazişini “dəhşətli razılaşma” adlandıraraq, onun dayandırılmasının vacib olduğunu qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər