Adları bir-bir açıqladılar: Məşhurların narkotik testindən çıxan nəticələr
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan şəxslərin qan, sidik və saç analizlərinin nəticələri məlum olub.
TodayPress TV bu barədə NTV-yə istinadən xəbər verir.
Nəticələrə əsasən, müğənni Sıla Gençoğlunun analizlərində narkotik maddə aşkarlanmayıb. Həbs olunan müğənni İlyas Yalçıntaşın analizlərində isə marixuana və kokain metabolitləri müəyyən edilib.
Ayşenur Balcı, Orhan Yıldız, Şefik Ömer Dolman, Akın Altan, Asude Mercan, Buğra Balkaya, Cenk Çöteli, Emre Avar və Hilal Zeynep Hedbenin analizlərində də müxtəlif narkotik maddələr və ya onların metabolitləri aşkarlanıb.
İstintaq davam edir.