İspaniya İsraillə silah müqaviləsini ləğv etdi

İspaniya İsraillə silah müqaviləsini ləğv etdi
03.06.2025 17:58 Dünya

İspaniyanın Müdafiə Nazirliyi 285 milyon avro dəyərində olan raket sifarişinin ləğv edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Associated Press" məlumat yayıb.

İsrailin “Rafael Advanced Defense Systems” şirkətinə məxsus 168 ədəd "SPIKE LR2" tank əleyhinə raketin İspaniyada yerli törəmə müəssisə tərəfindən istehsalı planlaşdırılırdı.

Sözügedən silah müqaviləsinin ləğvi İspaniyanın xarici siyasətindəki mövqeyini də əks etdirir. Belə ki, ölkənin solçu hökuməti İsrailə silah ixracını dayandırıb və ötən ilin may ayında Norveç və İrlandiya ilə birgə Fələstin dövlətini rəsmən tanıyıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər