İslandiya Prezidenti: "Ordumuz olmasa da, NATO üçün əhəmiyyətliyik"

İslandiya Prezidenti: "Ordumuz olmasa da, NATO üçün əhəmiyyətliyik"
07.10.2025 18:45 Dünya

"İslandiyanın daimi ordusu olmasa da, ölkə NATO üçün strateji əhəmiyyət daşıyır". 

TodayPress TV xəbər verir ki, bu fikri İslandiya Prezidenti Halla Tomasdottir jurnalistlərə cavabında bildirib.

O bildirib ki, İslandiya və ABŞ NATO-nun qurucu üzvlərindəndir və ölkəsinin coğrafi mövqeyi alyans üçün xüsusi əhəmiyyət kəsb edir:

"İslandiyanın öz ordusu olmasa da, strateji mövqeyi çox vacibdir. Yumşaq güc baxımından da ölkəmizin təklif etdikləri dəyərlidir və bu, nəzərə alınmalıdır", - deyə Tomasdottir vurğulayıb.

Qeyd edək ki, bu açıqlamadan əvvəl Helsinkidə Finlandiya və İslandiya arasında hərbi əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər