İslam "NATO"su qurulur: Birinə hücum, hamısına hücum sayılacaq! Türkiyə də var...

İslam "NATO"su qurulur: Birinə hücum, hamısına hücum sayılacaq! Türkiyə də var...
13.05.2026 13:11 Dünya

Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Strateji Qarşılıqlı Müdafiə Müqaviləsinə (SMDA) Türkiyə və Qətərin də daxil olması gündəmdədir.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın Müdafiə naziri Xvaca Məhəmməd Asif bəyanat yayıb.

Nazir bildirib ki, Türkiyə və Qətərin bu mövcud müqaviləyə qoşulması regionda təhlükəsizlik baxımından müsbət addım olar.

“Əgər Qətər və Türkiyə də bu mövcud müqaviləyə qoşularsa, bu, alqışlanacaq bir hadisə olar”, — deyə nazir vurğulayıb.

Qeyd edək ki, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış orijinal paktın şərtlərinə görə, tərəflərdən birinə qarşı hərbi təcavüz hər iki ölkəyə qarşı hücum kimi qiymətləndirilir (NATO-nun 5-ci maddəsinə bənzər prinsip). Türkiyə və Qətərin bu ittifaqa qoşulması Yaxın Şərqdə yeni və nəhəng bir hərbi blokun yaranması mənasına gəlir.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər