İsiba: “Müharibənin peşmançılığı ürəyimizdə qalmalıdır”

İsiba: “Müharibənin peşmançılığı ürəyimizdə qalmalıdır”
15.08.2025 10:48 Dünya

Yaponiyanın Baş naziri Siqeru İsiba ölkə vətəndaşlarını müharibənin acı dərslərini və peşmançılığını yadda saxlayaraq yanlış yol seçiminə bir daha yol verməməyə çağırıb.

TodayPress TV xəbər verir ki, “NHK” telekanalına açıqlamasında İsiba müharibənin bitməsindən 80 il keçdiyini bildirib:

“Müharibənin dəhşətlərini təkrar yaşamamalıyıq. Yanlış yolu bir daha seçməməliyik. Həmin müharibənin peşmançılığını və acı dərslərini ürəyimizdə dərin izlə saxlamalıyıq”.

Baş nazir vurğulayıb ki, zaman keçsə də, yaponlar gələcək nəsillərə ürək ağrıdan xatirələri və ölkənin müharibədən imtina edəcəyi barədə möhkəm vədi ötürəcək, əbədi sülh naminə hərəkət edəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər