İraqda yüzlərlə zəvvar xəstəxanaya yerləşdirildi

İraqda yüzlərlə zəvvar xəstəxanaya yerləşdirildi
10.08.2025 18:15 Dünya

İraqda nəfəsalma problemləri yaşayan 600-dən çox zəvvar xəstəxanaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə gecə saatlarında Nəcəf və Kərbəla şəhərləri arasındakı marşrutda baş verib.

Belə ki, onlar su təmizləyici stansiyadakı sızma nəticəsində xlorlu havanı tənəffüs ediblər.

Səhiyyə Nazirliyindən bildirilib ki, 621 nəfər tənəffüs problemləri ilə xəstəxanaya müraciət edib. Onlara lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan ayrılıblar.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər