İraqda xidmət edən Türkiyə hərbçiləri təxliyə edildi

İraqda  xidmət edən Türkiyə hərbçiləri təxliyə edildi
26.03.2026 13:20 Dünya

İraqın paytaxtı Bağdad şəhərində xidmət edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti təxliyə edilib.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Bağdadda xidmət edən Türkiyə hərbçilərinin təxliyəsi uğurla başa çatıb.

“NATO rəsmiləri bölgəmizdəki hadisələri nəzərə alaraq İraq missiyasının təxliyəsinə qərar verib”, - MN-in məlumatında qeyd edilib.

Jalə Rövşən

TodayPress TV



XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər