İraq Hörmüz boğazına hərbi müdaxiləyə qarşı çıxdı

İraq Hörmüz boğazına hərbi müdaxiləyə qarşı çıxdı
23.03.2026 13:45 Dünya

İraq Hörmüz boğazına hərbi müdaxiləni dəstəkləmir.

TodayPress TV xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib.

“Biz hərbi həlləri dəstəkləmirik. Gəmilərin silahlı şəkildə qorunması İranın reaksiyasına səbəb olacaq və gəmiçiliyi asanlaşdırmayacaq. Buna görə də biz Fars körfəzində hərbi əməliyyatlara qoşulmayacağıq”, - deyə o bildirib və əlavə edib ki, Bağdad Hörmüz boğazının bağlanmasını pisləyir və bunu naviqasiya azadlığı ilə bağlı beynəlxalq hüququn pozulması hesab edir.

Nicat Osmanlı

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər