İranın birinci vitse-prezidenti: "Hörmüzü idarə etmək bizim hüququmuzdur"

İranın birinci vitse-prezidenti: "Hörmüzü idarə etmək bizim hüququmuzdur"
04.05.2026 21:28 Dünya

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Hörmüz boğazının idarə olunmasının ölkəsinin “qanuni hüququ” olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat verib.

O bildirib ki, yanvar ayında düşmən cəmiyyətdə qeyri-sabitlik və qütbləşmə yaratmaq məqsədilə meydana daxil olub, lakin sistemin birliyi təmin edən yanaşması sayəsində bu layihə tamamilə puça çıxarılıb:

“İran müharibə tərəfdarı deyil, lakin müharibə ona zorla qəbul etdirilərsə, qətiyyətlə cavab verəcəkdir”.

Vitse-prezident, həmçinin əlavə edib ki, zərər görmüş evlərin və kommersiya obyektlərinin bərpası prosesinə başlanılıb və bu işlər yüksək prioritetlə davam etdirilməlidir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər