İrandan ABŞ-yə son xəbərdarlıq: Tarixi müqavilə tamamilə ləğv edilə bilər!
ABŞ ilə münaqişənin nizamlanmasına dair imzalanmış memorandum, əgər onlar İsraili Livana hücumları dayandırmağa məcbur edə bilməsələr, tamamilə təhlükə altına düşəcək.
TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib.
"İran öz öhdəliklərini yerinə yetirsə də, qarşı tərəf İsrailin Livanda atəşkəsə əməl etməsinə nail olmağa borclu idi. Lakin bu məsələdə fəaliyyətsizlik nümayiş etdirərək, əldə olunmuş razılaşmaları birbaşa pozdu. Birinci bəndin pozulması bütün sazişi bütövlükdə sual altında qoyur və əgər qarşı tərəf dərhal lazımi tədbirləri görməsə, o zaman bütün razılaşmalar ciddi təhlükə ilə üzləşəcək", – deyə o qeyd edib.
Aysel Mətləb