İranda sərhəd ticarət terminalı vuruldu
ABŞ və İsrailin İrana hərbi hava hücumları fonunda bu gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Xorrəmşəhr rayonunda Şalamça sərhəd ticarət terminalı vurulub.
TodayPress TV xəbər verir ki, bu barədə İranın Xuzistan vilayəti valisinin müavini Vəliyulla Həyati məlumat verib.
Onun sözlərinə görə, sərhəd ticarət terminalına ciddi şəkildə ziyan dəyib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.