İranda Qırmızı Aypara helikopteri qəzaya uğradı: Ölənlər var

İranda Qırmızı Aypara helikopteri qəzaya uğradı: Ölənlər var
04.10.2025 10:51 Dünya

Qırmızı Aypara Cəmiyyətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb.

İran Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, yardım və xilasetmə əməliyyatları üçün göndərilən helikopter İranın qərbində Lorestan əyalətinin Oştrankuh təpələrində qəzaya uğrayıb.

Lorestan Böhran İdarəetmə Agentliyi də təyyarədə 9 nəfərin olduğunu və onlardan ikisinin, pilot və ikinci pilotun qəzada həlak olduğunu, digərlərinin isə yaralandığını açıqlayıb.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər