İranda qadın iclasda etiraz etdiyinə görə döyüldü

İranda qadın iclasda etiraz etdiyinə görə döyüldü
04.08.2025 13:14 Dünya

İranın İsfahan Əyalətinin Tikinti Mühəndisliyi Sistemi Təşkilatının iclası zamanı bir qadın müzakirələrə etiraz etdikdən sonra fiziki hücuma məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Parsineh" məlumat yayıb.

Bildirilib ki, qadın etirazını bildirdikdən sonra döyülüb və təhqir edilib. 

Hadisə yerində olanlar müdaxilə etməyə çalışsalar da, bu, gərginliyi daha çox artırmağa və qarşıdurmaya səbəb olub.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər