İranda ölənlərin sayı minə yaxınlaşır
İranda İsrailin 12 günlük müharibədə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 935-ə çatıb.
TodayPress TV xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur bildirib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bir gün sonra İran cavab hücumuna keçib. ABŞ isə münaqişəyə iyunun 22-də qoşularaq İranın üç nüvə obyektini vurub.
ABŞ prezidenti Donald Tramp sonradan İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.
Türkan İsgəndərli