İran XİN: "İsrailin Livana hücumu atəşkəs razılaşmasının pozulmasıdır"

İran XİN: "İsrailin Livana hücumu atəşkəs razılaşmasının pozulmasıdır"
08.04.2026 23:00 Dünya

İran İsrailin Livana endirdiyi zərbələri ABŞ ilə əldə olunmuş atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "Telegram" kanalında açıqlayıb.

Onun sözlərinə görə, Livan da İran-ABŞ atəşkəs rejiminə daxildir və İsrailin son hücumları bu razılaşmanın açıq şəkildə pozulmasıdır.

Bildirilib ki, hücumlar nəticəsində onlarla insan həlak olub və Tehran bunu “cinayət” kimi qiymətləndirir.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər