İran XİN: ABŞ və İsraillə danışıqlar mənasızdır
Dünya
22.06.2025 23:15
İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra Vaşinqton və Tel-Əvivlə danışıqlar imkanını istisna edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Almaniyanın "ARD" telekanalına açıqlama verib.
“Danışıqları davam etdirmək tamamilə mənasızdır”, - deyə Təxt Rəvançi bildirib.
O əlavə edib ki, İran sadəcə danışıqlar üçün danışıqlar aparmaq istəmir və İran ordusu hansı addımı atmalı olduğunu dəqiq bilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 22-nə keçən gecə İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə uğurlu hücum həyata keçirdiklərini açıqlayıb və Tehranı münaqişəyə son qoymağa çağırıb.
Töhfə Səməd
tag: İran,XİN,Məcid Təxt Rəvançi,ABŞ,todaypress.tv,
ABŞ-nin ictimai yayım şirkəti Trampı məhkəməyə verdi
27.05.2025
ABŞ-nin ictimai radio şəbəkəsi "NPR" və üç yerli radiostansiya prezident Donald Trampı "NPR" və "PBS" televiziya şəbəkəs...
Zelenski Avropa liderləri ilə görüşəcək
19.10.2025
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Avropa liderləri ilə görüşəcək.TodayPress TV xəbər verir ki, bu b...
Ər-Riyad: "İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəyik"
15.01.2026
Səudiyyə Ərəbistanı ərazisi və hava məkanının İslam Respublikasına hücumlar üçün istifadə olunmayacağına dair zəmanət ve...
Putin Hindistanla razılaşmadan danışdı
20.06.2025
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Hindistanla strateji əməkdaşlığa dair uzunmüddətli saziş üzərində iş yaxın...
Aİ-yə yeni üzvlər üçün “sınaq müddəti” tətbiq edilə bilər
05.11.2025
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) yeni qoşulan ölkələr üçün “sınaq müddəti” mexanizmini tətbiq etməyi müzakirə e...
Rumıniya HHQ hava məkanında Rusiya PUA-sını ələ keçirdi
13.09.2025
Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanında Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirib.TodayPress TV xəbər v...
Əfqanıstanda yol qəzası: 5 nəfər öldü, 2 nəfər yaralandı
04.01.2026
Əfqanıstanın cənubundakı Kandahar vilayətində minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 5 nəfər həlak ol...
Makron Pezeşkiyanı danışıqlar masasına qayıtmağa çağırdı
14.06.2025
Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı baş tutub.TodayPress TV...
Tramp FED rəhbərini "axmaq" adlandırdı
29.01.2026
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini dəyişməz saxlamaq qərarını şərh edərkən F...
Makronun Putinlə görüş planı yoxdur
27.12.2025
Fransa Prezidenti Emmanuel Makronun hazırda Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi və ya telefon danışığı aparmağı...
