Rumıniya HHQ hava məkanında Rusiya PUA-sını ələ keçirdi

Dünya

14.09.2025 03:56

Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanında Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli "Antena 3 CNN" telekanalı məlumat yayıb.

"Hərbi Hava Qüvvələri milli hava məkanında pilotsuz uçuş aparatı ələ keçirib. Feteştidəki 86-cı aviabazadan iki "F-16" qırıcısı Rusiyanın Ukrayna hərbi strukturlarına endirdiyi zərbələrdən sonra Ukrayna ilə sərhəddə hava vəziyyətini izləmək üçün sentyabrın 13-də saat 18:05-də havaya qalxıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, dron Çiliya Veçedən təxminən 20 km cənub-qərbdə aşkar edilib, bundan sonra o, radarlardan itib.

"Dron yaşayış məntəqələri üzərində uçmayıb və əhalinin təhlükəsizliyinə birbaşa təhlükə yaratmayıb", - Müdafiə Nazirliyindən bildiriblər.

TodayPress TV

tag: Rumınya, Rusiya, PUA, Ukrayna, todaypress.tv,