İran və Rusiya əməkdaşlıq planlarını müzakirə edir

İran və Rusiya əməkdaşlıq planlarını müzakirə edir
26.06.2025 18:30 Dünya
İran və Rusiya rəsmiləri yaxın gələcəkdə bir sıra qarşılıqlı səfərlərin həyata keçirilməsini planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, tərəflər arasında iqtisadiyyat, siyasət və hərbi sahədə əməkdaşlıq mövzusunda geniş müzakirələr nəzərdə tutulur. Tehran və Moskva bu istiqamətlərdə əməkdaşlığı dərinləşdirməyə maraq göstərirlər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlığını dayandırmasının Moskvada narahatlıqla qarşılandığını bildirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər