İran və Rusiya arasında tərəfdaşlıq sazişi qüvvəyə mindi
İran və Rusiya arasında strateji tərəfdaşlıq sazişi qüvvəyə minib.
TodayPress TV xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.
O bildirib ki, saziş artıq hüquqi qüvvəyə malikdir və icra olunmalıdır.
Saziş 2025-ci il yanvarın 17-də imzalanıb. O, İran və Rusiyanın bir çox sahədə əməkdaşlığı genişləndirməsini nəzərdə tutur.
Türkan İsgəndərli