İran İsrailə yeni silahlarla hücum edir
İran “yeni və qabaqcıl silahlar”la silahlanmış yüzlərlə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İsrailə qarşı genişmiqyaslı hücumlara başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Kayumars Heydari bildirib.
Onun sözlərinə görə, PUA-lar əsasən Tel-Əviv, Hayfa və İsrailin digər hərbi obyektlərini hədəf alıb.
Heydari əlavə edib ki, İranın hücumları yaxın saatlarda daha da güclənəcək.
Türkan İsgəndərli