İran Hörmüz boğazından keçid üçün rüsum tətbiq edir

Dünya

20.03.2026 14:53

İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq edərək təsdiqlənmiş daşıyıcılar üçün “təhlükəsiz keçid” yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Lloyd’s List" məlumat yayıb.

Məlumata görə, bir operator öz tankerinin tranziti üçün təxminən 2 milyon dollar ödəyib.

Bu sxem çərçivəsində boğazdan artıq ən azı doqquz gəmi keçib, lakin onların hamısının ödəniş edib-etmədiyi məlum deyil. Bəzi hallarda diplomatik müdaxilə yeganə həll yolu kimi göstərilir. Ödəniş mexanizmi isə İrana qarşı sanksiyalar nəzərə alınaraq hələ də qeyri-müəyyən qalır.

Məlumatlara görə, “təhlükəsiz dəhliz”in marşrutu İranın ərazi sularından, Larak adası yaxınlığından keçir. Burada İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və liman rəhbərliyi gəmilərin vizual identifikasiyasını həyata keçirir və dəhlizə giriş yalnız Tehranla razılaşdırıldıqdan sonra icazə verilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Hörmüz,Gəmi,Rüsum,Todaypress.tv,