İran hava uçuş qadağa müddətini uzatdı
İranın Mülki Aviasiya Təşkilatı ölkə daxilində və xaricə uçuşların qadağasını uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə "İRNA" agentliyi məlumat yayıb.
Qadağa iyunun 20-si Bakı vaxtı ilə saat 02:30-a qədər uzadılıb.
Daha əvvəl bu məhdudiyyət iyunun 19-u saat 14:30-dək qüvvədə idi.
Qeyd edək ki, qadağa İsraillə baş verən hərbi gərginlik fonunda tətbiq olunub.
Türkan İsgəndərli