İran gəmilərin Hörmüz boğazından keçməsi üçün şərtləri açıqladı

İran gəmilərin Hörmüz boğazından keçməsi üçün şərtləri açıqladı
22.03.2026 11:30 Dünya

"İran düşmən gəmiləri istisna olmaqla, bütün gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır".

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Beynəlxalq Dəniz Təşkilatındakı nümayəndəsi Əli Musəvi bildirib.

O qeyd edib ki, təhlükəsizlik tədbirləri İran hakimiyyəti ilə əlaqələndirilərsə, gəmilər boğazdan keçə biləcək.

Musəvi vurğulayıb ki, Hörmüz boğazının bağlanmasına ABŞ və İsrailin hücumları səbəb olub.

Nicat Osman


XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər