İran AEBA-ya məktub ünvanladı
İranın Vyanadakı Birləşmiş Millətlər Təşkilatının Ofisindəki Daimi Nümayəndəliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Mariano Qrossiyə İranın dinc nüvə proqramına hücum təhdidləri ilə bağlı narahatlıqlarını ifadə edən məktub göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Məktubda bu cür təhdidlərin normallaşdırılmasının agentliyin etibarlılığını təhlükə altına alması və yoxlama səylərinə əsaslanan beynəlxalq etimadı sarsıtdığı qeyd olunub.
Bildirilib ki, bu təhdidlər pislənməli və belə "ehtiyatsız" hərəkətlərə görə məsul olanlar məsuliyyətə cəlb olunmalıdırlar.