İran ABŞ-yə cavab zərbələri endirir
İran ABŞ-nin ölkəyə endirdiyi son zərbələrə cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, məlumata görə, zərbələr Qətər, Küveyt, Bəhreyn, İordaniya və Omanda yerləşən ABŞ hərbi obyektlərini hədəf alıb.
Bildirilib ki, hücumlar nəticəsində aviabazalar, hava hücumundan müdafiə sistemləri, radiolokasiya stansiyaları, logistik obyektlər, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının qərargahı hədəfə götürülüb.