ABŞ İranı vurdu - Gecə nə baş verdi?

ABŞ İranı vurdu - Gecə nə baş verdi?
12.07.2026 09:22 Dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin ölkəyə endirdiyi son zərbələr fonunda Hörmüz boğazının bağlandığını elan edib.

TodayPress TV xəbər verir ki, İranın “Press TV” telekanalının məlumatına görə, ABŞ-nin regiondakı müdaxiləsi başa çatanadək boğaz bağlı qalacaq və heç bir gəminin buradan keçməsinə icazə verilməyəcək. Bildirilir ki, qərar boğazı keçməyə cəhd göstərən bir gəmiyə xəbərdarlıq atəşi açıldıqdan sonra qəbul edilib.

Məlumata görə, ABŞ gecə saatlarında İranın cənubundakı Buşehr, Əsəluyə, Sirik və Çabahar şəhərlərinə, həmçinin Kişm adası və Bəndər-Abbas şəhərinə zərbələr endirib. Vaşinqton bu hücumların İranın mülki gəmiyə hücumuna cavab olaraq həyata keçirildiyini bildirib.

Bunun ardınca İran da Yaxın Şərqdəki ABŞ hədəflərinə qarşı silsilə zərbələrə başladığını açıqlayıb. BƏƏ və Bəhreyndə hava həyəcanı elan edildiyi, hava hücumundan müdafiə sistemlərinin işə salındığı bildirilib.

SEPAH-ın iddiasına görə, hücum zamanı İordaniyadakı Şahzadə Həsən aviabazasında yerləşən komanda mərkəzi və ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatlarının saxlandığı anqarlar məhv edilib.

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər