İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!"

İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!"
19.06.2026 22:00 Dünya

ABŞ İsrailin anlaşma memorandumunun şərtlərinə əməl etməsini təmin etməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadəki "Al Jazeera"ya bildirib

Tehranın diplomatik prosesi davam etdirməyə hazır olduğunu qeyd edən Xətibzadə əlavə edib:

"Qarşı tərəf də eyni ciddiliyi nümayiş etdirərsə, biz addım-addım irəliləməyə hazırıq".

O, İranın Qəzza da daxil olmaqla, bütün cəbhələrdə sülh tərəfdarı olduğunu vurğulayıb və Livanın münaqişə ilə birbaşa əlaqəsi olduğu üçün bu memoranduma daxil edildiyini izah edib.

"İşğala son qoyulmadan və İsrail beynəlxalq hüquqa riayət etmədən Livanda və regionda heç bir sülh və ya sabitlik olmayacaq", – deyə o qeyd edib.

Hörmüz boğazı ilə bağlı danışarkən Xətibzadə bildirib ki, İran Omanla koordinasiyalı şəkildə və beynəlxalq hüquqa uyğun olaraq naviqasiya xidmətləri göstərməyə davam edəcək. O əlavə edib ki, Tehran sazişdə nəzərdə tutulan 60 günlük müddət ərzində keçid rüsumları tətbiq etməyəcək, lakin bu müddətdən sonra su yolunun idarə edilməsi üçün yeni mexanizmin tətbiq ediləcəyini və bunun region ölkələrinə təqdim olunacağını vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər