İran ABŞ-nin sabiq dövlət katibini aradan qaldırmağa cəhd edib

İran ABŞ-nin sabiq dövlət katibini aradan qaldırmağa cəhd edib
28.06.2025 19:45 Dünya

İranın 2022-ci ildə Parisdə ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeonu aradan qaldırmaq cəhdi az qala uğurlu alınacaqdı.

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti jurnalistlər Coş Dousi, Tayler Peycer və Ayzek Arnsdorfun hələ nəşr olunmamış “2024: Tramp Ağ Evi necə yenidən ələ keçirdi və Demokratlar Amerikadan necə məhrum oldu” adlı kitabına istinadla məlumat yayıb.

Jurnalistlərin iddiasına görə, iranlı killerlər Pompeonun hansı oteldə qaldığını müəyyən edə biliblər və bundan sonra onun həyatına qəsd cəhdi edilib. Kitabın müəllifləri yazır ki, keçmiş dövlət katibi yalnız möcüzə nəticəsində sağ qalıb. Hadisənin digər detalları açıqlanmır.

Bundan əlavə, qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp birinci prezidentlik müddətindən sonra davamlı şəkildə təhlükələrlə üzləşib. Eyni təhlükə onun keçmiş müşavirləri və administrasiya üzvləri üçün də keçərli olub. Ağ Ev və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışan jurnalistlər bildiriblər ki, 2024-cü il prezident seçkilərindən əvvəlki üç il ərzində Tehran ABŞ rəsmilərini azı üç dəfə aradan qaldırmağa cəhd göstərib.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
"İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Bütün Xəbərlər