İmamoğlu və Özkana qarşı “casusluq” ittihamı: Yanardağ həbs olundu

İmamoğlu və Özkana qarşı “casusluq” ittihamı: Yanardağ həbs olundu
24.10.2025 11:37 Dünya

Türkiyədə İstanbul Baş Prokurorluğu, İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış sabiq sədri Əkrəm İmamoğlu və onun müşaviri Necati Özkan haqqında “casusluq” ittihamı ilə istintaq başladıldığını açıqlayıb. Jurnalist Merdan Yanardağ eyni istintaq çərçivəsində həbs edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Prokurorluğun açıqlamasında qeyd olunub ki, iyulun 4-də “casusluq” şübhəsi ilə həbs olunan və xarici ölkələr lehinə kəşfiyyat fəaliyyəti apardığı iddia edilən Hüseyn Gün adlı şəxsin rəqəmsal cihazları araşdırılıb. İstintaq zamanı həmin cihazlarda hərbi silahlara aid fotolar, eləcə də İsrail vətəndaşlarının pasport şəkilləri aşkarlanıb.

Araşdırmalar zamanı Hüseyn Günün FETÖ və PKK üzvləri, həmçinin xarici konsulluq əməkdaşları ilə əlaqələrinin olduğu bildirilib. Günün kommersiya fəaliyyəti olmadığı halda, onun hesabları vasitəsilə ölkə daxili və xaricə milyonlarla lirəlik pul köçürmələri həyata keçirilib, 85 milyon lirə isə nağd şəkildə çıxarılıb.

Əldə olunan sənədlərdə şübhəlinin dövlət çevrilişləri və daxili qarışıqlıqlar barədə qeydləri, eləcə də Türkiyədə görüşdüyü şəxslər haqqında gündəlik qeydləri tapılıb. Prokurorluq bildirir ki, Gün xarici ölkələrin kəşfiyyat nümayəndələrinə Türkiyə ilə bağlı məlumat ötürüb və FETÖ-nün yüksək rəhbərlərindən biri sayılan Mustafa Özcanla görüşərək ondan təlimatlar alıb.

Prokurorluq açıqlamasında Hüseyn Günün Necati Özkan və Əkrəm İmamoğlu ilə gizli əlaqələrinin aşkarlandığını vurğulayıb. Onların arasında kriptolu rabitə proqramı vasitəsilə “rəsmi təmasların izlənməməsi üçün” yazışmaların aparıldığı qeyd olunub.

İstintaqın gedişində müəyyən edilib ki, bu qrupun əsas məqsədi İmamoğlunun prezidentliyə namizədliyi üçün qanunsuz maliyyə fondu yaratmaq olub. Prokurorluğa görə, 2019-cu il bələdiyyə seçkiləri zamanı bu şəbəkə seçici məlumatlarını toplayaraq və xarici kəşfiyyat xidmətlərinə ötürərək seçkilərin nəticələrinə təsir göstərməyə çalışıb.

Prokurorluq jurnalist Merdan Yanardağın da Hüseyn Gün ilə “casusluq fəaliyyəti” çərçivəsində çoxsaylı əlaqələrinin və yazışmalarının aşkarlandığını açıqlayıb. Şahidlərin ifadələri də bu məlumatları təsdiqləyib.

Yanardağın seçki prosesi zamanı mediada manipulyasiya yaratmaq və xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etmək yolu ilə “casusluq” cinayəti törətdiyi iddia olunub.

İmamoğlu və Özkanın bu iş üzrə ifadə vermələri üçün prokurorluğa gətiriləcəkləri, Yanardağın isə artıq həbs edildiyi və həm evində, həm də iş yerində axtarış aparıldığı bildirilib.

İstintaqın Milli Kəşfiyyat Təşkilatı və İstanbul Polis İdarəsi ilə birgə şəkildə davam etdirildiyi vurğulanıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Bütün Xəbərlər