İki şəxsin mədəsindən 136 kapsul narkotik tapıldı
Bitlis İl Təhlükəsizlik Müdirliyi narkotiklərlə mübarizə əməliyyatı keçirib.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, Tatvan rayonunda avtobusda sərnişin olan iki xarici vətəndaş saxlanılıb.
Tibbi müayinədə onların mədələrindən 1 kilo 48 qram metamfetamin olan 136 kapsul aşkar edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan şəxslər məhkəmə qərarı ilə həbs edilib.
Qeyd edək ki, polis narkotiklərlə mübarizənin davam edəcəyini bildirib.
Jalə Rövşən