II Qaregin yepiskopu geri çağırdı

II Qaregin yepiskopu geri çağırdı
16.03.2026 17:54 Dünya

Bütün ermənilərin katolikosu II Qaregin Vayots Dzor yeparxiyasının yepiskopu Abraham Mkrtçyanı vəzifəsindən geri çağırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Müqəddəs Eçmiədzinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qərar yepiskopun istefaya çıxmaqla bağlı yazılı və şifahi müraciətləri əsasında qəbul edilib.

Məlumata görə, Vayots Dzor yeparxiyasının rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq Sünik yepiskopu Makar Akopyan icra edəcək.

Qeyd olunur ki, arxiyepiskop Abraham Mkrtçyan əvvəllər üsyankar hesab edilən yepiskoplara qoşulan ruhani şəxslərdən biri olub.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər