Hörmüzdən keçid yalnız bu şərtlərlə mümkündür - Əraqçi açıqladı

Hörmüzdən keçid yalnız bu şərtlərlə mümkündür - Əraqçi açıqladı
07.05.2026 23:05 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş katibinə, BMT Təhlükəsizlik Şurasının sədrinə və quruma üzv ölkələrə ünvanladığı məktubda, ABŞ və Bəhreynin BMT TŞ-yə təqdim etdiyi qətnamə layihəsinə cavab olaraq bildirib ki, Hörmüz boğazında normal keçid müharibənin daimi dayandırılması, eləcə də İran əleyhinə qanunsuz blokada və sanksiyaların aradan qaldırılması şərti ilə bərpa olunacaq.

TodayPress TV xəbər verir ki, Əraqçi məktubunda ABŞ və Bəhreynin Hörmüz boğazı ilə bağlı birgə qətnamə layihəsini birtərəfli və natamam sənəd adlandırıb.

O, bölgədə mövcud böhranın əsas səbəbinin ABŞ və İsrailin İrana qarşı hərbi hücumları və qanunsuz addımları olduğunu vurğulayıb.

Məktubda qeyd olunub ki, sözügedən layihə, təcavüz faktlarını, dəniz mühasirəsini və İran gəmilərinin saxlanılmasını nəzərə almadan ABŞ-ın hərəkətlərinə bəraət qazandırmağa və reallığı təhrif etməyi hədəfləyir.

Əraqçi onu da qeyd edib ki, belə bir qətnamənin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının nüfuzunu zəiflədəcək və ABŞ-ın birtərəfli addımlarının legitimləşdirilməsi üçün təhlükəli presedent yaradacaq.

Onun sözlərinə görə, sabitliyə aparan yol vəziyyəti daha da mürəkkəbləşdirmək üçün TŞ-dən istifadə etməkdən yox ABŞ-ın beynəlxalq hüquqa riayət etməsindən keçir.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Bütün Xəbərlər