Hörmüz boğazından yad tanker keçdi

Dünya

16.03.2026 17:51

İrana məxsus olmayan ilk xam neft tankerinin Hörmüz boğazından keçdiyi müəyyən edilib.

TodayPress TV xəbər verir ki, “MarineTraffic”in məlumatına görə, bu keçid bəzi yüklər üçün danışıqlar yolu ilə təhlükəsiz keçid icazələrinin alındığını göstərir.

Təxminən 237 metr uzunluğunda olan tanker 15 martda Bakı vaxtı ilə saat 15:33-də İranın Eksklüziv İqtisadi Zonasına daxil olub və saat 18:43 radələrində Hörmüz boğazını keçib.

Pakistan bayrağı altında üzən tanker keçid zamanı Avtomatik İdentifikasiya Sistemini (AIS) aktiv saxlayıb və hazırda Oman körfəzində hərəkət edir.

Mütəxəssislər hesab edir ki, bu keçid bəzi gəmilər üçün danışıqlar yolu ilə təhlükəsiz marşrutların razılaşdırıldığını göstərə bilər.

Qeyd edək ki, dünya üzrə gündəlik neft istehlakının təxminən 20 faizi yəni gündə 20 milyon barelə yaxın neft Hörmüz boğazından daşınır. Buna görə də bu su yolu qlobal enerji ticarəti üçün strateji əhəmiyyət daşıyır. 28 fevraldan bəri Hörmüz boğazından keçən gəmilərin əksəriyyəti İran bayrağı altında olub.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Hörmüz,Tanker,Pakistan,Todaypress.tv,