Hindistandakı təyyarə qəzası ilə bağlı faktlar aşkarlandı

Hindistandakı təyyarə qəzası ilə bağlı faktlar aşkarlandı
17.07.2025 13:39 Dünya

Hindistanda baş verən "Air India" şirkətinə məxsus "Boeing" təyyarəsinin qəzası ilə bağlı aparılan təhqiqatda kapitanın qəribə davranışları məlum olub.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Qara qutunun yazılarına əsasən, kapitan Sumit Sabharval havaya qalxdıqdan dərhal sonra hər iki mühərrikin yanacaq açarlarını söndürüb. İkinci pilot Klayv Kunder bu hərəkətə təəccüblənib, narahatlığını ifadə edib və panikaya düşüb. Kapitan isə sakitliyini qoruyub.

On saniyə sonra açarlar yenidən işə salınıb, lakin buna baxmayaraq, təyyarə Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər